...

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının nə vaxt keçiriləcəyi məlum olub

Energetika Materials 7 Yanvar 2026 14:34 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının nə vaxt keçiriləcəyi məlum olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası 2026-cı ilin birinci rübünə planlaşdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının bu ilin 1-ci rübü ərzində keçirilməsi nəzərdə tutulur. Tədbirin gündəliyinin hazırlanması ilə bağlı işlər görülür",- deyə qurumdan bildirilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası 4 aprel 2025-ci il tarixində keçirilib.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın nəqlini təmin edir.

CQD üç əsas boru kəməri sistemindən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP).

Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrədək artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti