...

AVQUSTDA QAZAXISTANDAN BAKI-BATUMİ MARŞRUTU ÜZRƏ NEFTDAŞIYAN GƏMİLƏRİN YÜKLƏRİNİN HƏCMİ AZALIB

Energetika Materials 7 Sentyabr 2005 18:37 (UTC +04:00)

Avqustda Qazaxıstanın Bakı-Batumi marşurutu üzrə neft daşıyan gəmilərinin daşımalarının həcmi iyul ayına nisbətən 200 min ton azalıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryolu İdarəsindən (ADDİ)məlumat veriblər.

Nəql olnumaların azalmasına səbəb bu ölkənin Ekologiya Nazirliyinini tətbiq etdiyi bir sıra sanksiyalar üzündən Qazaxıstanın bəzi neft yataqlarında neft hasilatının azalmasıdır. Eyni zamanda, Ekologiya Nazirliyi neftlə birgə çıxarılan sərbəst qazın istifadə olunmasını tələb edir.

"Sentyabrda daşınmaların həcmi sabitləşəcək və bu ay onun aşağı düşməsi gözlənilmir ", - deyə ADDİ-dən bildiriblər. Bu ilin yanvar-iyul aylarında idarə 7 milyon 656 min ton neft və neft məhsulları daşıyıb və bu proqnozlardan 25,7% və ötən ilin analoji göstəricilərindən 25,8% çoxdur.

Xəbər lenti

Xəbər lenti