...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ NOVOROSSİYSKDƏN MƏNFƏƏT NEFTİNİN SATŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 29 Sentyabr 2005 12:11 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti FOB bazisi ilə Novorossiysk limanından 142 min ton Ural neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Mercuria Energy Trading şirkətidir.

"Bir partiya neftin Novorossiyskin N1 körpüsündən oktyabrın 21-22-də yüklənməsi nəzərdə tutulub", - deyə AR DNŞ-də bildirilib.

Bu neft Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilmiş mənfəət neftidir. AR DNŞ bu layihədə 10% paya malikdir. Bu partiyanın satışından əldə olunan vəsait ölkənin Neft Fonduna daxil olacaq.

Qeyd edək ki, bu partiya da nəzərə alınmaqla Mercuria Energy Trading 2005-ci ildə AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən 394 min ton neft alıb.

İlin əvvəlindən AR DNŞ-in tenderlərində aşağıdakı şirkətlər Novorossiyskdən neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton);
iyul - Mercuria Energy Trading (170 min ton);
avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);
sentyabr - LUKOIL (79 min ton);
oktyabr - Mercuria Energy Trading (142 min ton).

Xəbər lenti

Xəbər lenti