...

EITI HƏYATA KEÇİRİLƏNDƏ QAZAXISTAN AZƏRBAYCANDA TƏŞƏBBÜSLƏRİN GERÇƏKLƏŞDİRİLMƏSİ SXEMİNİ TAMAMİLƏ TƏKRAR ETMƏYİ PLANLAŞDIRIR

Energetika Materials 29 Sentyabr 2005 14:52 (UTC +04:00)

Hasilat sənayesində şəffaflıq Təşəbbüsləri (EITI) həyata keçirilərkən Qazaxıstan EITI-nin gerçəkləşdirilməsi modelindən istifadə etməyi planlaşdırır. İnformasiya mənbələri Trend ə bildirib ki, cari ilin oktyabrın 5-də Qazaxıstanda müvafiq memorandumun imzalanacağı nəzərdə tutulur.

"Memorandum imzalandıqda Azərbaycanda imzalanmış anoloji sənəd kimi həmin sxemin tətbiq ediləcəyi nəzərdə tutulur.Yəni bu, dövlət qurumları, xarici neft şirkətləri və vətəndaş cəmiyyəti tərəfindən imzalanmış üçtərəfli sənəd olacaq" -deyə mənbə qeyd edir.

Azərbaycan Dövlət neft Fondunda (ARDNF) Trend ə bildirilib ki, ARDNF-nin icraçı direktoru Samir Şərifovun Qazaxıstana səfəri zamanı Qazaxıstan Respublikasının energetika və mineral sərvətlər naziri Vladimir Şkolnik qeyd edib ki, EITI həyata keçiriləndə Qazaxıstan Azərbaycanda təşəbbüslərin gerçəkləşdirilməsi sxemini tamamilə təkrarlamağı planlaşdırır.

Qeyd edək ki, hazırda Azərbaycanda EITI üzrə ildə iki dəfə - birinci yarımilin və ikinci yarımilin yekunlarına əsasən - tərtib edilmiş auditor hesabatları sxemi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti