...

OKTYABRDA BATUMİ NEFT TERMİNALINDAN 320 MİN TON NEFT DAŞINACAQ

Energetika Materials 4 Oktyabr 2005 17:01 (UTC +04:00)

Oktyabrda Qara dənizdəki Batumi limanından 320 min ton neftin daşınacağı güman edilir. Bu barədə Trend ə neft daşınmaları bazarındakı mənbələrdən məlum olub.

Mənbələr qeyd edirlər ki, 320 min ton neft hər birində 80 min ton olmaqla 4 tanker partiyasına yüklənəcək. Norveçin Statoil şirkətği artıq oktyabrın 2-3-də yükləyib. ARDNŞ bu əməliyyatı 7-8-də, BP - 15-16-da, ExxonMobil şirkəti isə bu ayın 20-22-də həyata keçirəcək.

Yanvar-avqust aylarında Batumidən 5,9 milyon ton neft məhsulu daşınıb ki, bu da ötən ilini analoji dövründə olduğundan 1,4 milyon ton çoxdur. 2004-cü ildə Batumi limanından 6,778 milyon ton neft məhsulları daşınıb. Bu da 2003-cü ildəki daşınmalardan 1,9 milyon ton azdır.

Batumi neft terminalı ildə 15 milyon tona qədər neft məhsulları daşımağa qadirdir. Terminal dörd körpüdən yan buy Aframax sinfindən olan gəmilər də daxil olmaqla 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min ton təşkil edir. Bu da dəhlizdən keçməklə nəzərdə tutulan cari və proqnozlaşdırılan həcmdə daşınmalar üçün kifayət olduğundan artıqdır.

Xəbər lenti

Xəbər lenti