...

HAZIRDA BAKIDA 20 MİNDƏN AZ ABUNƏÇİNİN MƏNZİLİNDƏ ELEKTRİK SAYĞACI QURAŞDIRILMAYIB

Energetika Materials 11 Oktyabr 2005 12:29 (UTC +04:00)

"Hazırda Bakıda 17-18 min abunəçinin mənzilində elektrik sayğacı quraşdırılmayıb". Bu barədə Trend ə Barmek Azərbaycan şirkətinin vitse-prezidenti Ömər Günər bildirib.

Onun sözlərinə görə, cari ilin sonuna kimi paytaxtın bütün mənzillərində sayğaclar quraşdırılacaq.

"Sumqayıt elektrik paylayıcı şəbəkəsinə daxil olan regionlarda 50-60% abunəçinin mənzili sayğacla təmin olunub. Bu şəbəkə abunəçilərinin sayı 230 mindir. İlin sonuna kimi biz Xızı, Siyəzən, Dəvəçi, Xudat, Xaçmaz, Quba, Qusar və digər rayonların daxil olduğu şimal-şərq rayonlarında sayğacların quraşdırlılması prosesini başa çatdıracağıq", - deyə o qeyd edib.

Ö.Günər, həmçinin, onu da vurğulayıb ki, sayğacların dağlıq rayonlarda quraşdırılmasında problemlər mövcuddur. "Bu rayonlarda 20-30 min abunəçinin mənzilinin sayğacla təmin edilməsi qeyri-mümkün olduğundan, biz sayğacları onlara elektrik enerjisi tədarük edən transformatorlarda quraşdırmağı qərara almışıq", - deyə vitse-prezident sonda bildirib.

Xəbər lenti

Xəbər lenti