Azpetrol şirkəti KİV-də şirkətin ğirinci vitse-prezidenti Tomas Mozerin 2005-ci il dekabrın 5-dən şirkəti tərk edərək ölkədən çıxması barədə yayılmış məlumatları təkzib edib. Azpetrol-un dekabrın 1-də yayılan press-relizində bildirilir ki, Tomas Mozer hazırda şirkətlə əldə olunan ilkin razılaşma əsasında əmək məzuniyyətindədir.
Azpetrol həm də şirkətin mülkiyyət hüququnda olan səhmlərin və ya obyektlərin itirilməsi, təşkilati strukturda dəyişikliklər və ya törəmə müəssisələrin bağlanması, eləcə də şirkətin "Prestige" və digər bu tip ticarət obyektlərinin bağlanması barədə məlumatların yalan olduğunu bildirib.
Hazırda keçirilən vergi yoxlamalarına baxmayaraq, şirkət normal iş rejimində işləməkdə davam edir.
Sənəddə bildirilir ki, Azpetrol şirkətlər qrupuna daxil olan və Moldovada fəaliyyət göstərən şirkətlər, Moldovanın qanunlarına əsasən təsis edilmiş hüquqi şəxslərdir və Azərbaycandakı yoxlamaların onların fəaliyyətinə heç bir təsiri yoxdur.