...

Chadbourne sindikatlaşdırılmış kreditlərin alınmasında AzACG –in maraqlarını təmsil edir

Energetika Materials 11 Yanvar 2006 16:19 (UTC +04:00)

Chadbourne & Parke BNP Paribas bankı tərəfindən təşkil olunan və zəmanət verilən $750 mln həcmində kredit vəsaitin ARDNŞ-ə məxsus Azerbaijan (ACG) Limited (AzACG) şirkətinə verilməsi çərçivəsində maraqlarını təmsil edir. Trend in məlumatına görə, Chadbourne & Parke şirkətinin yaydığı press-relizdə bildirilir.

Sənəddə bildirilir ki, kredit vəsaiti ARDNŞ-in 10 %-lik payla sahibi olduğu "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində xərclərə yönəlib. Kredit vəsaiti həmçinin, Exxon Azerbaijan Limited and Turkiye Petrolleri A.O. şirkətinin borclarının təmin edilməsi üçün ayrılıb.

"Sövdələşmə ARDNŞ-ə "Azəri-Çıraq-Günəşli"də öz neft həcminin üzərində nəzarəti bərpa etməyə,beynəlxalq neft yataqlarında marketinq əməliyyatlarını genişləndirməyə və inkişaf etdirməyə ikan verəcək", - deyə press-relizdə bildirilir.

"Biz ARDNŞ və AzACG şirkətini bu maliyyələşmədə təmsil etdiyimizə görə şadıq. Bu sövdələşmə Azərbaycanda bundan sonrakı maliyyə əməlityyatları üçün standartları müəyyən edir", -deyə layihə üzrə Chadbourne-nun maliyyə tərəfdaşı olan Nabil Khodadad bildirib.

Xəbər lenti

Xəbər lenti