...

Gürcüstan Azərbaycana elektrik enerjisinə görə borcunu pulla qaytaracaq

Energetika Materials 10 Mart 2006 18:53 (UTC +04:00)

Gürcüstan tərəfi Azərbaycandan yanvar-fevral aylarında tədarük etdiyi elektrik ernerjisi haqqınının bir hissəsini pul vəsaiti ilə qaytarmaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə martın 10-da keçirilmiş mətbuat konfransında "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Ümumi borc təxminən 5 mln Kvt təşkil edir. Yanvarda Gürcüstanda yaranmış problem nəticəsində elektrik enerjisinin tədarükü ilə əlaqədar əmələ gəlmiş borclar hazırda yeni və köhnə borclara ayrılır. Yanvarın 22-dən 31-dək Azərbaycan Gürcüstana 4,138 mln. kVt enerji tədarük edib. Bu rəqəmin 1,181 mln. kVt-ı qaytarılıb. Yerdə qalan 2,957 mln. kVt isə gələn aylarda qaytarılacaq.

Hələ 90-cı illərin əvvəllərində əmələ gəlmiş köhnə borcların qaytarılması ilə bağlı danışıqlar davam edir. Problem bundadır ki, indiyədək Gürcüstanda bu borcu qaytaracaq struktur yaradılmayıb. Hazırda bu ölkənin enerji sisteminin böyük hissəsi xarici şirkətlər tərəfindən idarə olunur. Gürcüstanın köhnə borcu 32 mln kVt təşkil edir.

Xəbər lenti

Xəbər lenti