...

Zurab Qumberidze: Gürcüstan Azərbaycan qazının xeyrinə olaraq Rusiya yanacağından imtina edə bilər

Energetika Materials 16 Mart 2006 15:56 (UTC +04:00)

Əgər Azərbaycan qazının 1 min m3-nin qiyməti Gürcüstanın bu gün Rusiyadan aldığı yanacağın qiymətindən aşağı olsa, onda ölkə Azərbaycanın xeyrinə olaraq Rusiya qazından imtina edə bilər. "Əgər qiymət Rusiya qazının qiymətindən aşağı olarsa, onda belə bir variant mümkündür" -deyə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bu barədə Trend ə bəyan edib.

Hazırda Gürcüstanın Azərbaycandan əlavə qaz həcmi alması ilə bağlı danışıqlar dayandırlıb. Səfir bildirib ki, "Şahdəniz" qaz-kondensat yatağı layihəsinin ilk mərhələsinin işlənib hazırlanması çərçivəsində qazın əlavə həcminə dair təsdiq əldə olunduqda Gürcüstan tərəfi əlavə həcmdə qaz alınması ilə bağlı danışıqları davam etdirəcək.

Səfir qeyd edib ki, Gürcüstan artıq əlavə həcmin alınması ilə bağlı xəbərdarlıq edib. Ölkə əlavə olaraq 1 mlrd. kubmetrdən 2 mlrd. kubmetrədək qaz almağa hazırdır. Bununla bağlı qiymət məsələsi müzakirə mövzusudur.

Xəbər lenti

Xəbər lenti