Azərbaycan Dövlət Neft şirkətinin tərkibinə daxil olan "Heydər Əliyev adına" və Azərneftyağ NEZ 2006-cı ilin yanvar-fevral aylarında 1 mln 281 min ton müxtəlif neft məhsulları istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35,4% çoxdur.
Azərbaycan Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, yanvar-fevral aylarında avtomobil benzini (20%), kerosin (23,7%), dizel yanacağı (36,2%), mazut (38,5%) və nafta (18,7%) istehsalı analoji dövrlə müqayisədə artıb. Bu il sürtkü yağlarının istehsalında 11,3%, neft bitumunun istehsalında isə 2,2% azalma müşahidə olunur.
2006-cı ilin yanvar-fevral aylarındaAzərbaycanda neft məhsullarının istehsalı:
Min ton |
2006-cı il yanvar-fevral |
2005-ci ilin yanvar-fevral ayları üçün % |
Anbar ehtiyatları 01.03.06 |
Avtomobil benzini |
111,8 |
120,0 |
51,6 |
Kerosin |
126,5 |
123,7 |
18,7 |
Mazut |
631,2 |
138,5 |
54,8 |
Dizel yanacağı |
339,5 |
136,2 |
46,3 |
Neft bitumu |
4,2 |
77,8 |
1,5 |
Neft koksu |
|||
Sürtkü yağı |
5,5 |
88,7 |
13,7 |
Nafta |
62,3 |
118,7 |
0,4 |