"Energetika və Türkiyənin inkişafı" simpoziumunda bu ölkənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər neftin qiymətinin 75-77 dollar səviyyəsinə çatdığı şəraitdə atom energetikası barədə düşünmək zəruridir.
Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi məlumata görə, atom üzrə tədqiqatların fəallaşdırılması məsələsi bundan əvvəl Türkiyənin Təhlükəsizlik Şurasında nəzərdən keçirilib və ölkədə atom elektrik stansiyalarının tikintisi layihəsi təsdiqlənib.
Bu ilin əvvəlindən nazir H.Gülər ABŞ-da səfərdə olub və bu zaman ölkədə atom energetikasının inkişafının texniki problemlərinin müzakirələri keçirib. Türkiyənin ilk atom elektrik stansiyasının tikintisinə Qara dəniz sahillərindəki Sinop şəhəri yaxınlığında başlanacağı ehtimal edilir.
Lakin yerli əhali və Türkiyədəki çoxsaylı ekologiya təşkilatları bu layihənin reallaşdırılmasına qəti şəkildə etiraz edir və Çernobıl AES-dəki qəza nəticəsində ölkəyə dəyən ziyanı xatırladırlar.