...

Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova Yanacaq-Energetika Şurası yaradacaq

Energetika Materials 23 May 2006 12:22 (UTC +04:00)

GUAM-a daxil olan dövlətlər ümumi Yanacaq-Energetika Şurası yaradacaq. Trend in LІQABіznesІnform-a istinadən xəbər verdiyi kimi, bu barədə Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkov GUAM ölkələrinin iqtisadiyyat, energetika, nəqliyyat nazirləri və gömrük xidmətləri başçılarının birgə iclasından sonra bəyan edib.

Tərəflər bir ay ərzində Yanacaq-Energetika Şurasının yaradılmasına dair sənədin layihəsini işləmək haqqında razılığa gəlib. Həmçinin, iclas zamanı həm GUAM ölkələrinin tələbatının ödənilməsi üçün, həm də Avropa istehlakçılarına tədarük məqsədilə qazın nəqli üzrə Xəzər-Qara dəniz marşrutunun yaradılması məsələsi də müzakirə olunub.

Bundan başqa, Odessa-Brodı neft kəmərinin istifadəsi və bu kəmərin Baltik dənizi limanlarına çıxışı ilə bağlı məsələ də nəzərdən keçirilib. Tərəflər, həmçinin, enerji səmərəliliyi sahəsində birgə layihələrin işlənməsi, Xəzər-Qara dəniz regionunda karbohidrogen hasilatı və nəqli problemlərini də müzakirəyə çıxarıb.

Xəbər lenti

Xəbər lenti