"Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində dayaq bloklarının tikintisi üzrə BP-nin podratçısı Bos Shelf şirkətinin işçiləri tətil etməyəcək. Bu barədə Trend ə şirkətdən bir sıra KİV-in yaydığı məlumatı şərh edərkən bildirilib.
İşçilər yalnız şirkətin keçmiş mühafizə xidməti rəisi Rizvan Seyidəliyevin vəzifəsinə bərpa olunması ilə bağlı işə məhkəmə tərəfindən 5-ci dəfə baxılmasına dair apellyasiya məhkəməsinin qərarından narazıdır.
Şirkətdən bildirilib ki, R.Seyidəliyev təxminən $100 min dəyərində avadanlığın itməsi ilə əlaqədar işdən azad edilib.
Bundan başqa, işçilər mühafizə xidmətinin keçmiş başçısının hərəkətlərindən də narazılıq bildirir.