...

İran ekspertlərinin fikrincə, İran marşrutu - neftin Şərqə nəqli üçün ən yaxşı istiqamətdir

Energetika Materials 7 İyun 2006 17:55 (UTC +04:00)

20 il ərzində karbohidrogen hasilatına kapital qoyuluşunun həcmi qeyri-qənayətbəxş, karbohidrogenlərə tələbat isə böyük olub. Bunu, Trend agentliyinin məlumatına əsasən, İranın Neft Nazirliyinin Xəzər regionundakı neft və qaz üzrə direktoru Mahmud Xaqani bildirib.

Onun sözlərinə görə, Çin, Yaponiya, Hindistan və Avropada karbohidrogenlərə böyük tələbat var. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbacyan neftini Aralıq dənizinə nəql edərək Avropanın tələbatını qismən təmin edir. "Lakin hələ şərq istiqaməti də var" - deyə o vurğulayıb.

M.Xaqaninin sözlərinə görə, İran marşrutu - neftin Şərqə nəqli üçün ən yaxşı istiqamətdir. Bundan əlavə, İran dünyada neft və qaz ehtiyatlarının həcminə görə ilk yerlərdən birini tutur.

Xəbər lenti

Xəbər lenti