...

"LUKoyl" Bakıda Keppel Fels bazasında toplayıcı barja tikmək fikrindədir

Energetika Materials 7 İyun 2006 19:04 (UTC +04:00)

"LUKoyl" şirkəti Azərbaycanda "Yuri Korçaqin" yatağının işlənməsi üçün 35 min tonluq toplayıcı barjanın tikintisi üçün sifariş yerləşdirmək niyyətindədir. Həmçinin buzadavamlı körpünün və Astraxanda tikilən platformanın yaşayış bloku üçün özülün tikintisi üçün sifariş olacaq. Bu barədə Trend ə şirkətin vitse-prezidenti Ravil Maqanov xəbər verib.

Onun sözlərinə görə, hazırda bu məsələ üzrə danışıqlar gedir. Tikinti CSC müəəssisəsində yerləşən Keppel Fels şirkətinin yaxınlığında həyata keçirilə bilər.

Maqanovun qeyd etdiyi kimi, bu barjadakı neft müxtəlif istiqamətlərdə nəql oluna bilər. Şirkət müxtəlif varinatları- İran istiqaməti, Dağıstan, Volqoqrad, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan variantlarını gözdən keçirir.

Gələcəkdə bu yataq "Vladimir Filanosov" yatağı ilə vahid sistemə daxil ola bilər. Bu zaman həm toplayıcı barja, həm də boru kəmərindən istifadə oluna bilər.

"Tüb -Karaqan-Ataşski" perspektiv strukturunun tədqiqatına gəlincə isə, R.Maqanov qeyd edib ki, hazırda ərazinin seysmikliyi yoxlanılır və şirkət bu ilin sonunda işlərin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. O qeyd edib: "Ola bilər ki, 2007-2008-ci ilin sonunda ikinci quyunun qazıntısına başlayacağıq".

Xəbər lenti

Xəbər lenti