...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti "Statoil" şirkətinin nümayəndə heyətini qəbul edib

Energetika Materials 9 İyun 2006 15:28 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti "Statoil" şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Norveçin "Statoil" şirkətinin icraçı vitse-prezidenti Piter Melbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. ARDNŞ prezidenti onların əsas tərəf müqabili olan şirkətin işini xüsusi olaraq qeyd edib.

Şirkətin icraçı direktoru "Şahdəniz" layihəsində işlərin gedişi ilə maraqlanıb. ARDNŞ prezidenti şirkət nümayəndələrini layihənin ikinci mərhələsi üzrə hazırlanmış proqramla tanış edib.

Qeyd olunub ki, Avropa bazarı hər şeydən öncə öz təhlükəsizliyinin qayğısına qaldığı üçün Azərbaycan qazının bu bazara daxil olma imkanları daha da genişlənir.

Xəbər lenti

Xəbər lenti