BP Azerbaijan "Azəri" yatağının qərb hissəsindəki platformada birinci quyunun qazıntısını tamamlayıb. Bu barədə Trend ə şirkətdən xəbər verilib. Hazırda yatağın bu hissəsində sutkalıq neft hasilatı 84 min barel təşkil edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni quyu istismar quyusu olacaq. Onun dərinliyi 4300 metrdir. Quyu bu ayın sonuna qədər qazılacaq.
"Qərbi Azəri" platformasından bu il cəmi dörd çıxarma quyusunun qazıntısı planlaşdırılır. Yataqda neft hasilatı bu ilin yanvar ayından başlayıb. Bu, nəzərdə tutulan vaxtdan bir neçə ay əvvəl həyata keçirilib.
Bu il "Qərbi Azəri" platformasının istismara verilməsi və "Mərkəzi Azəri" platformasında qazıntının başlanması ilə "AÇG" yataqlarından sutkada 458 min barel neft hasilatı gözlənilir.