...

Almaniyanın WIK şirkəti Şəki SES-in yenidən qurulmasını həyata keçirir

Energetika Materials 22 İyun 2006 13:55 (UTC +04:00)

"Azərenerji" SC qış dövrünə hazırlıq çərçivəsində SES-də bir sıra işlər həyata keçirir. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. Qrafikə görə, Mingəçevir SES-də təftiş işləri aparılır və avadanlıqlar yoxlanılır. Bütün aqreqatlar iş rejimindədir və profilaktik təmir olunmalıdır. Bu proses növbəti aylarda həyata keçiriləcək. Hazırda 110 kilovoltluq yarımstansiyada işlər aparılır.

Şəmkir SES-də bütün işlər etibarlı işin təmin olunmasına yönəldilib. Bu məqsədlə birinci su aqreqatı əsaslı təmir olunur. Hazırda stansiyada sutkada təxminən 2 mln kVt enerji istehsal edən 2-ci blok işləyir. Yenikənd SES-də bütün 4 aqret işləyir (ayda 15-20 mln kVt).

Naxçıvan MR-dəki Araz SES-də bir aqreqat işləyir. 2-ci aqreqat ehtiyata verilib. İşləyən aqreqat saatda 250 mln. kVt enerji istehsal edir. Gücü 4,5 MVt təşkil edəcək Vayxır SES-də tikinti işləri başa çatmaqdadır.

Şəki SES-də qaz-turbin detalları dəyişdirilir. Bu məqsədlə Almaniyanın WIK şirkəti ilə 600 min avro dəyərində müqavilə bağlanıb. Mayda 240 min kVt istehsal etmiş 1-ci turbində yeni avadanlığın quraşdırılması başa çatıb. Tam yenidənqurmadan sonra stansiyanın gücü 2,4 MVt-dir.

Xəbər lenti

Xəbər lenti