...

2006-cı ilin iyun ayında ARDNŞ qazma işlərini xeyli artırıb

Energetika Materials 5 İyul 2006 19:01 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Dövlət Neft Şirkəti 67 683 metr həcmində qazıntı işləri aparıb. Trend in verdiyi xəbərə görə, bu barədə ARDNŞ-dən bildiriblər. İşin həcmi verilən proqnozdan 4 434 metr, ötən ilə nisbətən isə 1 019 metr çoxdur. 2006-cı ilin iyun ayında yataqlarda 13 424 metr qazılıb.

Bu ilin altı ayı ərzində istismar qazıntılarının həcmi 66 783 metr təşkil edib. Bu, həmin dövrün proqnozundan 4 339 metr, ötən ildə olduğundan 779 metr çoxdur. İyun ayında istismar qazıntıları 12 774 metr təşkil edib.

Yanvar-iyun aylarında kəşfiyyat qazıntıları 900 metr təşkil edib. Bu göstərici proqnozdan 95 metr, ötən ilin göstəricisindən isə 240 metr çoxdur. İyun ayında kəşfiyyat qazıntıları 650 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti