...

Barmek Bakının bəzi rayonlarına işığın məhdudiyyətlə veriləcəyini bəyan edib

Energetika Materials 27 İyul 2006 20:20 (UTC +04:00)

Bu gün saat 17:13-də "Azərenerji" SC-nin 240 MVA-lıq yüksək voltluq Xırdalan yarımstansiyasındakı 220/110/10 kilovoltluq ikinci avtotransformatorunda baş vermiş qəza nəticəsində Bakının işıqla təminatında məhdudiyyət tədbiq olunacaq. Bu barədə Trend ə Barmek şirkətindən xəbər veriblər.

Məhdudiyyətlər əsasən Nərimanov, Nəsimi və Binəqədi rayonlarını əhatə edəcək.

Şirkət ondan asılı olmayan səbəblər üzündən işığın məhdudiyyətlə verilməsinə görə abunəçilərindən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti