...

"Azneft" fəaliyyətinin yekunları ilə bağlı müşavirə keçirib

Energetika Materials 9 Avqust 2006 14:42 (UTC +04:00)

ARDNŞ-in nəzdindəki neft və qaz hasilatı üzrə "Azneft" İB-in əsas fəaliyyət istiqamətləri ekoloji məsələlər, qazma işlərinin tezləşdirilməsi, quyuların dayanmış quyu fondundan işlək quyu fonduna keçirilməsidir. Bu məsələlər, Trend agentliyinin ARNŞ-ə istinadən yaydığı məlumata əsasən, ilk yarımilliyin yekunlarına həsr olunmuş müşavirədə müzakirə olunub.

İşin digər prioritet istiqamətləri arasında qazma idarələrinin lazımi avadanlıqla təminatı, uzun müddət istismar olunan yataqlarda qaz və neftin yığım və nəql etmə sisteminin təkmilləşdirilməsi də var.

Müşavirədə ARDNŞ-in geologiya, geofizika və yataqların işlənilməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə və onun neft və qaz hasilatı üzrə müavini Rəhman Qurbanov iştirak edib.

Xəbər lenti

Xəbər lenti