AZERI LT FOB Ceyhan neftinin qiyməti sentyabrın 14-də $61,94/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,29/barel aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend xəbər verir ki, AZERI LT CIF Augusta neftinin qiyməti sentyabrın 14-də $62,78/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,31/barel aşağı düşüb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
URAL (EX-NOVO) neftinin qiyməti sentyabrın 14-də $58,29/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,34/barel aşağı düşüb). URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
Sentyabrın 14-də DTD neftinin qiyməti $61,32/barel təşkil edib. (əvvəlki qiymətə nisbətən $0,26/barel aşağı düşüb). DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light nefti 1999-cu ildən Gürcüstanın Supsa limanından "qərb" boru kəməri ilə dünya bazarlarına ixrac olunur.