11-15 sentyabrda (həftə ərzində) Azərbaycanın Supsa və Batumi limanlarından satdığı AZERİ LT (CİF) neftinin orta qiyməti $63,01/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $3,65/barel və ya 5,5% azdır. Trend xəbər verir ki, 11-15 sentyabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti $63,86/barel, minimal qiyməti isə - $61,57/barel təşkil edib.
11-15 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $58,36/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $2,81/barel və ya 7,9% azdır. 11-15 sentyabr həftəsində URAL neftinin maksimal qiyməti $59,42/barel, minimal qiyməti isə - $56,69/barel təşkil edib.
Brent (DTD) etalon növünün orta qiyməti 11-15 sentyabr həftəsində $61,60/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $3,60/barel və ya 5,6% azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $62,52/barel, minimal qiyməti isə - $60,23/barel təşkil edib.
Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edib, tərkibindəki kükürdün miqdarı 0,14%-dir. URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edib, tərkibindəki kükürdün miqdarı 1,3%-dir, lakin satış zamanı bu növün xüsusiyyətləri tərkibindəki çox (və ya az) keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq dəyişir. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.