...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları (25-29 sentyabr)

Energetika Materials 2 Oktyabr 2006 13:50 (UTC +04:00)

25-29 sentyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERİ LT (CİF) növlü neftin orta qiyməti $60,83/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $0,89/barel və ya 1,5% azdır. Trend xəbər verir ki, 25-29 sentyabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti $62,81/barel, minimal qiyməti isə - $59,77/barel təşkil edib.

25-29 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) növlü neftin orta qiyməti $55,43/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,39/barel və ya 2,5% azdır. 25-29 sentyabr həftəsində URAL neftinin maksimal qiyməti $57,38/barel, minimal qiyməti isə - $54,35/barel təşkil edib.

25-29 sentyabr həftəsində Brent (DTD) etalon növünün orta qiyməti $58,72/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,47/barel və ya 2,5% azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $60,65/barel, minimal qiyməti isə - $57,57/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti