...

Azərbaycan Dövlət Neft Şirkəti platformaların əsaslı təmirini başa çatdırır

Energetika Materials 30 Oktyabr 2006 16:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Günəşli -3" ikibloklu stansionar platformanın əsaslı təmirini başa çatdırır. Platforma suyun 110 metr dərinliyində "Günəşli" yatağının dayazsulu hissəsində quraşdırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat veriblər.

24 quyunun qazılması üçün nəzərdə tutulan bu platforma 1985-ci ildə istismara verilib. Platforma sərt dəniz mühitində 50 il müddətində istifadə üçün nəzərdə tutulub. Hal-hazırda platformanın kompleks şəkildə təmirinə ehtiyac yaranıb. İşlər "Xəzərdənizneftqaztikinti" trestinin tikinti-quraşdırma idarələri tərəfindlən həyata keçirilib. Bu günə isə platofrmanın birinci və ikinci yaruslarında 6 min kvadratmetrlik sahədə döşəmə dəyişdirilib. Yan alma, enmə üçün konstruksiyalar və vertolyot meydançası yeniləri ilə əvəz olunub. Platformanın neft və qaz kəmərlərində və digər yanğın təhlükəsi olan obyektlərində işlər görülüb. 72 nəfərlik yaşayış blokunun əsaslı təmiri həyata keçirilib.

1983-cü ildə istismara verilən "Günəşli-2" platformasında da işlər davam etdirilir. Hal-hazırda burada 12 quyu istismar olunur. Hər iki platforma bu ilin noyabr-dekabr aylarında Dövlət Komissiyasına təhvil veriləcək.

"Azneft" İstehsalat Birliyi və ARDNŞ tərəfindən qəbul olunmuş proqrama əsasən, hər il "Günəşli" yatağında iki platformada əsaslı təmir işləri həyata keçiriləcək. Keçən il bu cür işlər "Günəşli-6" və "Günəşli-9" platformalarında görülüb. 2007-ci ildə analoji işlər "Günəşli-5" və "Günəşli-10" platformalarında həyata keçiriləcək. Bütün işlər beynəlxalq standartlara əsasən görülür.

Xəbər lenti

Xəbər lenti