...

ARDNŞ-in "Xəzərdənizneftdonanma" İdarəsi sürtkü yağlarının alınması üzrə tender elan edib

Energetika Materials 21 Noyabr 2006 12:54 (UTC +04:00)

ARDNŞ-in "Xəzərdənizneftdonanma" İdarəsi öz gəmiləri üçün motor sürtkü yağlarının alınması üzrə açıq tender elan edib. Trend in xəbər verdiyi kimi, bu barədə İdarədən məlumat verilib.

Yük alan motor sürtkü yağlarını müqavilənin imzalandığı gündən etibarən 1 aydan gec olmayaraq göndərməlidir. Sürtkü yağının dəyəri yükün göndərilməsindən sonra 1 il ərzində hissə-hissə ödəniləcək. Tender iştirakçıları iştirakla bağlı müraciəti və digər sənədləri "Xəzərdənizneftdonanma" İdarəsinə 13 dekabr 2006-cı ildən gec olmayaraq təqdim etməlidir.

Təkliflərin qiymətləndirilməsi zamanı bu meyarlara üstünlük veriləcək: sürtkü yağlarının qiyməti, spesifik vərdişlər, göndərilmə müddəti, ödəmə şərtləri.

Tender təklifləri 21 oktyabr 2006-cı ildə İdarənin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti