...

Azərbaycan butan-butilen fraksiyasının istehsalını xeyli artırıb

Energetika Materials 15 Dekabr 2006 17:57 (UTC +04:00)

Bu ilin noyabr ayında "H.Əliyev adına" neft emalı zavodu (keçmiş "Azneftyanacaq") tərəfindən 15,70 min ton butan-butilen fraksiyası istehsal olunub. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu, proqnozdan 61,9%, yəni 6 min ton çoxdur.Bu ilin yanvar-noyabr aylarında butan-butilen fraksiyasının istehsal həcmi 132,19 min ton təşkil edib. Bu proqnozdan 29,19 min ton (28,3%), 2005-ci ildə olduğundan 15,36 min ton çoxdur.

2006-cı ilin noyabr ayında, əvvəlki aylarda olduğu kimi, bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. Ötən ilin yanvar-noyabr aylarında neft məhsulunun bu növündən 1,76 min ton istehsal olunub. Ötən il propan-propilen istehsalının həcmi cəmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti