...

Xarici şirkətlər ARDNŞ-in gəmilərinin işləmə imkanlarını nəzərdən keçirir

Energetika Materials 27 Dekabr 2006 19:51 (UTC +04:00)

Geofizika və geologiya idarəsinin Azərbaycan Dövlət Neft Şirkətinə gəmi sifarişlərinə, onların yenidən təhcizi prosesi bitəndən sonra baxıla bilər, bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

Bütün modernləşmə və avadanlıqla təhciz olunma prosedurası bitəndən sonra sifarişlərin yerinə yetirilməsi üçün gəmilər təqdim oluna bilər.

"Hazırda bu gəmilərdən istifadədə xarici şirkətlərin sifarişləri ilə Xəzərdə işləyən bir sıra şirkətlər maraqlıdır"-deyə ARDNŞ-dən xəbər veriblər.

Xüsusən, gəmilər Xəzərdə xüsusi gəmisi olmayan və geotexniki və geofiziki işlərin həyata keçirilməsində müxtəlif tenderlərdə iştirak edən Fugro şirkəti tərəfindən istifadə oluna bilər.

Bundan əlavə, bu gəmilər Xəzərin Azərbaycan sektorunda BP Azərbaycan şirkətinin sifarişlərinin yerinə yetirilməsi üçün istifadə oluna bilər.

Hazırda İdarənin balansında üç gəmi- "Geofizik-1", "Geofizik-2" və "Geofizik-3", həmçinin "Bakı" gəmisi var. "Geofizik-1" və "Geofizik-3" modernləşdirilib. "Bakı gəmisindən

Caspian Geophysical Hind okeanında istifadə edib və o, ARDNŞ-in balansına 2004-cü ildə qaytarılıb.

Xəbər lenti

Xəbər lenti