...

"Azərikimya" kükürd alınması üçün tender elan edib

Energetika Materials 10 Yanvar 2007 12:47 (UTC +04:00)

"Azərikimya" Dövlət Şirkətinin səthi aktiv maddələr zavodu kükürd alınması üçün tender elan edib. Müəssisəyə istinadən Trend xəbər verir ki, tenderdə sulfat turşusunun istehsalında istifadə olunan 3 min ton həcmində 99 faizli üyüdülmüş kükürd alınması planlaşdırılıb.

Tenderdə marağı olan şəxslər təklifləri fevralın 20-nə qədər təqdim etməlidirlər. Tenderdə iştirak 200 manat təşkil edir.

Fevralın 20-nə qədər namizədlər sənədləri təqdim etməlidirlər və bu sənədlərə daxildir: tenderdə iştrak barədə ərizə, potensial imkanlar barədə informasya, son 3 ildə həmin sahədə iş təcrübəsi və s.

Prosedurun özü fevralın 21-də zavoda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti