Gürücstan qaz və neft korporasiyasından Trend in müxbirinə bildiriblər ki, cümə günü səhərdən Gürcüstanda boru kəməri ilə ilk Azərbaycan qazınının paylanmasına başlanılıb.
Gürcüstana tədarük edilən qazın bu gün üçün sutkalıq həcmi 3 mln. kub metr təşkil edir. Azərbaycan 10 gün ərzində Gürcüstana təbii qaz tədarük edəcək. Əldə olunmuşq razılığa əsasnə qaz tədarükü hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Azərbaycan özünə məxsus 1 min kub metr qazı Gürcüstana 120 dollar dəyərində tədarük edir.
Bundan başqa, Azərbaycan bu il Gürcüstana "Şah dəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı hər 1000 kub metr qazın qiyməti 63 dollar olmaqla 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və qiymət barədə məsələ isə ayrıca danışıqların predmetini təşkil edir.