...

Azərbaycan Dövlət Neft Şirkəti Rumınyada nümayəndəliyni açıb

Energetika Materials 15 Yanvar 2007 15:34 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin filiallarının Rumınya, Türkiyə və Gürcüstanda açılması mühasibat uçotu beynəlxalq standartları sistemində şirkətin yerini möhkəmlətməyə imkan verəcək, eləcə də Qara dəniz və Aralıq dənizi limanlarında birbaşa ixrac əməliyyatları aparmağa imkan verəcək.

ARDNŞ məlumatına istinadən Trend xəbər verir ki, şirkət nümayəndəliyi Gürcüstanda ofis aldıqdan sonra fəal iş fazasına başlayıb.

Şirkət Tbilisidə 6 mərtbəli, 4000 kvadrat metrlik bina və 4 178 kvadrat metrlik torpaq sahəsi alıb.

Bina ARDNŞ-a Gürcüstan prezidenti Mixail Saakaşvilinin xüsusi sərəncamı ilə verilib. Bunun dəyəri 3 mln. dollar qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti