"QazMunayQaz" "Kaşaqan" yatağında neft hasilatının təxirə salınması səbəblərinin aydınlaşdırılması üçün özü tədqiqat aparmaq fikrindədir
Trend in Astanadakı müxbiri xəbər verir ki, "QazMunayQaz" beynəlxalq ekspertlər cəlb etməklə "Kaşaqan" yatağında neft hasilatının təxirə salınması səbəblərinin aydınlaşdırılması üçün özü tədqiqat aparmaq fikrindədir.
"Samruk" Holdinq" SC-nın geniş kollegiyasında çıxış edərkən "QazMünayQaz" mlli netf-qaz şirkətinin prezidenti Uzakbay Karabalin bildirib: "Bildirmək istəyirəm ki, xərclərin artması və "Kaşaqan"da neft hasilatının başlanması qrafikindəki gecikdirmələrlə bağlı podratçıya ciddi iradlarımz var".
O əlavə edib: "Buna səbəb olan səbəbləri araşdırmaq məqsədilə biz öz tədqiqatımıza başlayacağıq və bunun üçün müstəqil beynəlxalq-tanınmış məsləhətçiləri cəlb edəcəyik. Bu işlərin nəticələri "Samruk"a və hökumətə çatdırılacaq".
O bildirib ki, "Kaşaqan" yatağının mənimsənilməsi ilə bağlı görülən işlər təxminən 60 faiz təşkil edir.
"Kaşaqan" layihəsinin bir neçə iştirakçısı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft tədarükü üzrə vəzifələr götürüb.