...

Azərbaycan Gürcüstanla enerji mübadiləsini davam etdirir

Energetika Materials 26 Fevral 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Gürcüstanla enerji mübadiləsini davam etdirmək niyyətindədir. "Azəreneji" sənmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun bazar ertəsi verdiyi məlumata görə, hazırda ölkə hər gün Gürcüstana təxminən 60-70 MVt elektrik enerjisi verir və sutka ərzində eyni həcmdə enerji alır.

Onun sözlərinə görə, nəticədə sutka ərzində Gürcüstanla Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi bərabər olur. Elektrik enerjisinin bu yolla ötürülməsi keçən il noyabr ayının 29-da imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti