...

ADNŞ rəhbəri: Dövlət Neft Şirkəti neftinin bir başa çatdırlması üzərində işləyir

Energetika Materials 2 Mart 2007 13:33 (UTC +04:00)
ADNŞ rəhbəri: Dövlət Neft Şirkəti neftinin bir başa çatdırlması üzərində işləyir

Azərbaycan,Bakı/müxbir Trend K.Konırova/ Trend in Astanadakı xüsusi müxbirinin Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) prezidenti Rövnəq Abdullayevlə müsahibəsi

-2006-cı ilin yayında Azərbaycan və Qazaxıstan Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsinə qoşulması barədə müqavilə imzalayıb. Neftin BTC vasitəsilə daşınması üçün birgə iş üçün imzalanması vacib olan dövlətlər arasında nəqliyyat müqaviləsinin razılaşdırılması üzrə danışıqlar hansı mərhələdədir?

- Hazırda biz tərəflər arasında müqavilə üçün hazırlıq üzərində işləyirik. Bu Azərbaycan və neft daşıyıcıları arasında kommersiya müqaviləsidir. "Tengiz" və "Kaşaqan" Qazaxıstan yataqlarının işlənməsi üzrə layihənin podratçı tərəfləri bu yaxınlarda neftin Xəzər dənizi sistemi üzrə nəqli üzrə memorandum imzalayıb. Bizim Xəzər dənizi üzrə daşıyıcıların konsorsiumla bağlı məsələmiz qalır. Məsələ Azərbaycan və Qazaxıstan arasında müqaviləyə əsasən transxəzər əlaqə yollarının ümumi olmasından ibarətdir. Bizim bu məsələlərlə bağlı "Kazmunayqaz"la görüşlərimiz olub və martda Qazaxıstan tərəfi daşınmaların transxəzər sisiteminin yaradılması üzrə bizim baxacağımız təkliflər layihəsini gətirəcək. Bu sistemə Qazaxıstandakı Eksene-Kurık boru kəməri, neft məhsulları terminalı, dəniz daşınmaları, Bakı terminalları və BTC-yə qoşulma daxildir. Bu sistemi biz birgə yaratmalıyıq. Bakıda artıq bunun üçün bütün şərait yaradılıb: bizim neft məhsulları terminalımız var, hazırda Qazaxıstan neftinin qəbulu üçün 20 mln. ton gücə malik olan Qaradağda böyük neft terminalı tikilir, 7 mln. ton gücə malik olan digər terminallar da mövcuddur. Biz ildə 50 mln. tonadək Qazaxıstan neftinin əldə olunması üçün şərait yaradacayıq, lakin BTC boru kəməri bu cür həcmləri qəbul edə bilməz. BTC yalnız 25 mln. tonadək genişlənmə imkanına malikdir. Qazaxıstan neftinin qalan həcmlərini biz dəmir yolu vasitəsilə daşıya bilərik.

Martda BTC boru kəmərinin ötürücülük qabiliyyəti sutkada bir milyon barrelədək artacaq. Gələcəkdə biz daha da genişləndirmək üçün çalışacayıq. Boru kəməri şirkəti BTC-nin gücünü ildə 1,7 mln. ton neftədək artırmaq üzərində işləyir. 2009-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatı ildə 65 milyon tona çatacaq, BTC boru kəmərinin layihə gücü hələ ki, 50 mln. ton təşkil edir.

Hazırda biz 2020-ci ilədək neft hasilatı pikinə nail olmaq üçün "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinə əlavə investisiyaların qoyulması layihəsi üzərində iş aparırıq.

2008-ci ildə BTC boru kəməri tamamilə Azərbaycan nefti ilə yüklənəcək və bu 2012-ci ilədək davam edəcək. Qazaxıstan nefti əlavə həcmlərdir.

Qazaxıstanın "Kaşaqan" yatağından neft çatdırmalarının pozulması məsələlərinə hələ də baxılacaq. BTC üzrə nəqliyyat müqaviləsi bu il imzalanacaq, lakin hansı vaxta olacağını deyə bilmərəm.

- BTC boru kəməri vasitəsilə neftin ötürülməsinə görə vahid tarif olacaq? Yaxud Qazaxıstan üçün başqa qiymət olacaq?

- Xeyr. BTC layihəsinin səhmdarları üçün vahid tarif olacaq. Qazaxıstan üçün deyə bilmərəm ki, tarif yüksək olacaq, daha doğrusu deyə bilərəm ki, onların BTC sisteminə qoşulması üçün cəlbedici olacaq.

- Azərbaycan Qazaxıstandan öncə Xəzər dəniz şelfinin işlənməsinə başlayıb. Qazaxıstanın sizin təcrübəyə marağı varmı?

- Bizim şelfdə neft hasilatı təcrübəmiz 1949-cu ildən başlayıb, artıq 50 ildən çoxdur. SSRİ-də şelfdə ilk dəfə olaraq məhz Azərbaycan müəssisələri işləyib. ADNŞ yataqların idarə olunması sahəsində böyük təcrübəyə malikdir və bizim ən böyük dəniz infrastrukturumuz var. Bu məsələdə Qazaxıstan üçün ən əsası bu ildə hökumətimizin bütün layihələrə görə vergilərdən azad edilmə barədə qərar qəbul etməsidir. Bu da Xəzəryanı dövlətlər üçün nəzərdə tutulub. Biz şərait yaratmışıq - infrastruktur və kommersiya prinsipləri, vergilərdən azad etmişik və Qazaxıstan üçün asan olacaq. İstəyirik ki, bu infrastrukturları istifadə edərək qiyməti və layihənin reallaşdırma müddətini azaldaq. Həmçinin Azərbaycan sektorunda bütün layihələri ƏDV-dən azad olunması barədə qanunun da qəbul edilməsi nəzərdə tutulub. İstəyirik ki, bizim dünya standartlarına uyğun yaradılmış hazır infrastruktur istifadə edilərək bu layihələr reallaşsın.

- ADNŞ Qazaxıstan Xəzər nəqliyyat sisteminin yaradılmasını necə qiymətləndirir?

- İnvestorların ümumi dil tapmasını alqışlayıram və artıq onlar kollektiv olaraq Azərbaycana gəlir. Biz birgə dəniz daşınmaları üzrə məsələləri tez bir zamanda həll edə bilərik. Bu Azərbaycan-Qazaxıstan nəqliyyat sistemi olacaq.

- AB Transxəzər qaz kəməri layihəsini Rusiya ilə mövcud olan tranzit mübarizəsində ən persektiv layihə kimi qiymətləndirir. Fikrinizcə, layihənin reallaşdırılması nə qədər realdır?

- Burada əsas məsələ Qazaxıstanın arzusunun olmasından asılıdır. Azərbaycan hazırdır. Hesab etmirik ki, siz bizə rəqib olacaqsınız, buna görə də ərazimizi tranzit üçün təqdim etməyə hazırıq və artıq Cənubi Qafqaz qaz kəməri tikilib.

- Hazırda ADNŞ-nin xaricdə şəxsi treyder şirkətinin yaradılması məsələsi hansı mərhələdədir?

-Biz, bunun üzərində işləyirik. Hazırda bizim Ceyhan limanından satdığımız neftin həcmi artır və biz xammalın birbaşa çatdırılması üzərində işləyirik. Biz Tayland neft-qaz istehsal edən zavodlara ADNŞ neftinin çatdırılması üçün Taylandda ilk müqaviləni imzalayırıq.

-ADNŞ-yə məxsus yeni Kulavi limanının tikintisi hansı mərhələdədir? Bu liman vasitəsilə ilk Azərbaycan neft tonu və ya neft məhsulları nə vaxt ötürüləcək?

-Bu yaxınlarda biz, Kulevidə terminal almışıq. Biz bu limanın inkişafına böyük investisiyalar qoyacayıq. Onun ötürücülük gücü ildə 10 milyon ton təşkil edəcək. Bu Qara dənizdə müasir liman olacaq. İlk neft məhsulları yükünün ötürülməsi ilin ortasında olacaq.

Sonra bizim planlarımızda Kulevidə neft-qaz istehsal edən zavodunun tikintisi var. Biz, artıq Gürcüstan hökumətindən razılıq almışıq. 150 ha torpaq sahəsi əldə etmişik. Zavod Gürcüstanın qərbini, Türkiyə, həmçinin Ukraynanı neft məhsulları ilə təmin etmək üçün lazım olacaq. Türkiyədə də neft-qaz istehsal edən zavodun tikintisi ilə bağlı planımız var.

- 2007-ci ildə Bakı-Novorossiyks neft kəmərinin yüklənməsi necə planlaşdırılıb?

- Hazırda ADNŞ-nin öz nefti bu marşurut üzrə ötürülmür, belə ki, biz neftimizi ölkədəki mazut rejiminə keçidlə bağlı emala yönəltmişik. Əməliyyat şirkətləri, birgə müəssisələr və ABƏŞ Bakı-Novorossiysk boru kəmərinə neftini yükləyir. Yaza qədər energetiklərin mazuta olan tələbatını biləcəyik və ölkənin energetika sahəsində problemin olmaması üçün nə qədər nefti nəql edəcəyimizi müəyyən edəcəyik.

Xəbər lenti

Xəbər lenti