...

"Azərkimya" müəssisələri üçün güzəştlər müvəqqəti xarakter daşıyır

Energetika Materials 28 Mart 2007 17:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev / "Azərkimya" DŞ-nin müəssisələri üçün yeni qiymətlə qazın verilməsi müvəqqəti xarakter daşıyır. Bu barədə bü gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransında bəyan edib.

"Bu müəvəqqəti köməkdir. Gələcəkdə onların effektiv işləməsi üçün DŞ-nin müəssisələrinin yenidən formalaşdırılması zəruri olacaq",- deyə o bildirib.

2007-ci il üçün "Azərkimya" müəssisələrinin gəlir və xərclərinin tədqiqindən sonra 62 mln. manat defisitin olması aşkarlanıb. Maliyyə Nazirliyi Dövlət Şirkəti büdcəsinin xərclər hissəsinin yoxlanmasını həyata keçirəcək, - deyə nazir qeyd edib.

Əvvəllər Tarif Şurası bir sıra sənaye müəssisələri üçün elektrik enerjisi və qazın tariflərinə yenidən baxıb və onların aşağı salınması ilə bağlı qərar qəbul edib. Hər sutka ərzində "Azərkimya" DŞ-nin müəssisələrində və "Azəralüminium"a təxminən 1 mln. kub metr qaz çatdırılır.

Xəbər lenti

Xəbər lenti