...

Azərbaycan Dövlət Neft Şirkəti risklərin idarə olunması üzrə seminarda iştirak edib

Energetika Materials 18 Aprel 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri Dubayda (BƏƏ) "Marsh" (sığorta və təkrar sığorta sahəsində dünyanın ən iri broker şirkətlərindən biri) şirkətinin təşkilatçılığı ilə keçirilən "Risklərin idarə olunması" adlı seminarda iştirak edib. Bu barədə ARDNŞ-dən xəbər veriblər.

Seminar Milli neft şirkətləri üçün nəzərdə tutulub. Seminarda Azərbaycanı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətində risklərin idarə olunması təcrübəsi" mövzusunda çıxış edən ARDNŞ Sərmayələr İdarəsinin rəis müavini İlqar Tağıyev və bu idarənin Sığorta və risklərin idarə edilməsi şöbəsinin rəisi Hüseyn Kazımov təmsil edib.

Xəbər lenti

Xəbər lenti