...

Gəncə küçələrinin işıqlandırma sisteminin quraşdırılması üçün Dövlət Neft Fondundan 1 milyon manat vəsait ayrılıb

Energetika Materials 20 Aprel 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə küçələrinin işıqlandırma sisteminin quraşdırılması üçün Dövlət Neft Fondundan 1 milyon manat vəsait ayrılıb. Bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov verib. Onun sözlərinə görə, işıqlandırıcı dirəklərin hazırlanması üçün o, Rusiyanın Sankt-Peterburq şəhərində olub və oradakı müəssisələrin biri ilə bu sahədə müqavilə bağlayıb. "Biz artıq sifarişimizi vermişik. İstehsal olunan küçə işıqları Gəncənin milli üslubunda olacaq. Təxminən 3 aya işıqlar gətirilib yerinə quraşdırılacaq" - deyə o bildirib.

Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin sədri Abit Əliyev Trend ə bildirib ki, ilk mərhələdə şəhərə 50 belə işıqlandırıcı dirək gətiriləcək. Dirəklər ilk növbədə şəhərin mərkəzi hissəsində Nizami, Atatürk, Cavad Xan küçələrində quraşdırılacaq. "Bir dirəyin qiyməti təxminən 10 000 ABŞ dolları dəyərindədir. Belə dirəkləri respublikamızda və Qafqazda hazırlayan müəssisə yoxdur, yalnız Almaniyada və Rusiyanın Sankt-Peterburq şəhərində hazırlanır. Dirəklər yığma üsulu ilə deyil, tökmə üsulu ilə hazırlanır" - deyə Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti