...

Xəzər Dəniz Neft Donanması sürtkü yağlarının alınması ilə bağlı tender elan edib

Energetika Materials 25 Aprel 2007 18:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması (XDND) gəmiləri üçün mühərrik sürtkü yağlarının alınması ilə bağlı açıq tender elan edib. Bu barədə XDND-dən məlumat verilib.

Mühərrik sürtkü yağının yükalana çatdırılmasını müqavilə imzalandığı gündən 1 aydan gec olmayaraq hazırlamaq tələb olunur. Sürtkü yağının dəyəri yük göndərildikdən sonra bir il ərzində hissə-hissə ödəniləcək.

İddiaçı qismində tenderin iştirakçıları XDND idarəsinə iştirak haqqında müraciət və digər sənədləri 1 iyun 2007-ci il tarixindən gec olmayaraq təqdim etməlidir.

Təkliflərin qiymətləndirilməsi zamanı üstünlük aşağıdakı kriteriyalara veriləcək - sürtkü yağının dəyəri, spesifik təcrübə, çatdırılma müddəti, ödəmə şərtləri. Tender təklifləri iyunun 12-də saat 11:00-da XDND-nin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti