...

Azneftkimyamaş istehsalı 50% artırıb

Energetika Materials 7 May 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-aprel aylarında Azneftkimyamaş ASC 8,9 mln. manat dəyərində neft-mədən, geoloji kəşfiyyat avadanlıqları, onlar üçün alət və avadanlıq istehsahl edib ki. Bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 50,3 faiz çoxdur. Bu barədə bazar ertəsi ASC-nin baş iqtisadçısı məlumat verib.

Onun sözlərinə görə, bu dövr ərzində bir neçə sexinin bağlanmasına baxmayaraq 1,5 mln. manatlıq mal istehsal etməklə ən məhsuldar müəssisə Səttarxan adına zavod olub.

"Bakı fəhləsi" zavodu 1,2 mln. manat, Bakı maşınqayırma zavodu 815 min manat, Suraxanı maşınqayırma zavodu 900 min manat dəyərində məhsul istehsal edib.

İlin əvvəlindən etibarən Azneftkimyamaş-ın satılmış məhsullarının qiyməti 5 mln. manat təşkil edib. Məhsullar əsasən Azərbaycan Dövlət Neft Şirkəti, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkmənistan və Polşa şirkətləri tərəfindən alınıb.

2007-ci ildə ASC müəssisələri üzrə istesal proqnozu 25 mln. dolllatdan çox həcmdə müəyyən olunub.

Azneftkimyamaş ASC prezidentin 22 mart 2001-ci il prezident sərəncamı ilə Azneftkimyamaş DŞ nəzdində yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-texniki, elmi-tədqiqat zavodu var.

Xəbər lenti

Xəbər lenti