...

Ukraynanın iqtisadiyyat naziri təəssüf edir ki, ölkəsi Xəzəryanı qaz kəmərinin inşası layihəsinin tamhüquqlu üzvü deyil

Energetika Materials 22 May 2007 11:35 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukraynanın iqtisadiyyat naziri Anatoli Kinax təəssüf edir ki, ölkəsi Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistanın imzaladığı müqavilənin (Xəzəryanı qaz kəmərinin inşası haqqında saziş) tamhüquqlu üzvü deyil. Bu sözləri nazir jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

"Avropanın enerji təhlükəsizliyinin məsuliyyətini daşıyan ölkə kimi bu layihədə kifayət qədər tamhüquqlu tərəfdaş rolunda çıxış edə bilərdik. Nəzərə alınmalıdır ki, Avropaya ötürülən qazın 70 faizi Ukrayna ərazisindən keçir" - deyə Kinax bildirib.Nazir həmçinin qeyd edib ki, Ukrayna bu layihədə iştirak etmək üçün hazırda müəyyən işlər görür. Onun sözlərinə görə, ölkəsi boruların çatdırılması, inşa işlərində mütəxəssislərin iştirakı və digər məsələlərdə layiqli tərəfdaş kimi çıxış edə bilər. "Lakin Ukrayna müqaviləni imzalayan tamhüquqlu tərəfdaş olsa idi, daha effektiv olardı" - deyə o vurğulayıb.

Xatırladaq ki, 2007-ci il mayın 12-də Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Türkmənbaşı şəhərində Xəzəryanı qaz kəmərinin inşasına dair bəyannamə imzalayıblar. Yanacaq və energetika naziri Yuri Boyko dəfələrlə bəyan edib ki, ölkəsi bu kəmərin tikintisinin iştirakçısı olmaq istəyir.

Xəbər lenti

Xəbər lenti