...

ABŞ-ın Energetika Nazirliyi Azərbaycandakı neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Energetika Materials 25 May 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev, V.Şərifov/ 2008-ci ildə Azərbaycanda neft hasilatının sutkada 1,08 mln. barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu il müvafiq göstərici 0,91 mln. barelə bərabər olub. 2006-ci ildə isə daha az, 0,65 mln. barel olub. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin tərkibində müstəqil fəaliyyət göstərən Enerji informasiya administrasiyasının hazırladığı "Dünyadakı neft hasilatının qısamüddətli hesabatı" adlı sənəddə bildirilir.

Azərbaycanda neft hasilatı ilə Azərbaycanın Dövlət Neft Şirkəti, Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti və bir sıra müştərək müəssisələr məşğul olur.

Yuxarıda qeyd olunan sənəddə Qazaxıstanla bağlı məlumata gəldikdə isə bəlli olub ki, 2008-ci ildə bu ölkədə sutkada 1,5 mln. barel neftin hasil olacağı proqnozlaşdırılır. Builki göstərici isə 1,44 mln. barelə bərabərdir.

2006-cı ildə bu göstərici sutkada 1,35 mln. barel olub.

Xəbər lenti

Xəbər lenti