...

"Azəriqaz"ın prezidenti: Azərbaycan Dövlət Neft Şirkəti qaz çatdırmalarını 2007-ci ildə artıracaq

Energetika Materials 30 May 2007 17:01 (UTC +04:00)
"Azəriqaz"ın prezidenti: Azərbaycan Dövlət Neft Şirkəti qaz çatdırmalarını 2007-ci ildə artıracaq

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/2007-ci ildə "Azəriqaz" QSC Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) abunəçilər arasında bölüşdürmək üçün 4,9 mlrd. kubmetr qaz almağı planlaşdırır. Bu barədə Xəzər İnteqrasiya və İşgüzar Klubunda (CIBC) görüşdə "Azəriqaz"ın prezidenti Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, 2006-cı ildə "Azəriqaz" ADNŞ-dən 2005-ci ildəki 4,2 mlrd. kubmetr yanacağa qarşı 4,3 mlrd. kubmetr qaz alıb. 2004-cü ildə "Azəriqaz" ADNŞ-dən cəmi 4 mlrd. kubmetr qaz əldə edib.

O qeyd edib ki, hazırda "Azəriqaz" ADNŞ-dən hər sutkada 13 mln. kubmetr qaz alır, QSC-yə həmçinin sutkada 7 mln. həcmdə "Azəri-Çıraq-Günəşli" yatağından səmt qazı daxil olur, "Şahdəniz" yatağından əlavə olaraq 5 mln. kubmetr qaz da əldə edir.

Məlikov qeyd edib ki, bu il "Azəriqaz" "Şahdəniz" layihəsi çərçivəsində 1,8 mlrd. kubmetr qaz əldə etməyi gözləyir.

"Bu qaz əsasən qaz anbarlarına vurulacaq", - deyə "Azəriqaz"ın prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti