...

Nazir: "Avropa Azərbaycanla əməkdaşlığın imkanlarına inanır"

Energetika Materials 5 İyun 2007 12:50 (UTC +04:00)
Nazir: "Avropa Azərbaycanla əməkdaşlığın imkanlarına inanır"

Azərbaycan, Bakı / müx. Trend Ü.İsmayılova/ Gürcüstan və Azərbaycan öz enerji təhlükəsizliyinə nail olublar. Bu sözləri çərşənbə axşamı Bakıda "Xəzər neft və qaz-2007" sərgisində çıxış edən Gürcüstanın energetika naziri Nika Gilauri deyib.

"Biz gələcəkdə yeni enerji təhlükəsizliyinə nail olacağımıza ümid edirik" - deyə Gilauri bildirib.

Gürcüstan ərazisi ilə Azərbaycanın vacib enerji layihələri keçir: Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi-Qafqaz boru kəmərləri, dəmir yolu.

Gilaurinin sözlərinə görə, təkcə Gürcüstan yox, bütün Avropa Azərbaycanla əməkdaşlığın imkanlarına inanır. "Nabukko" layihəsi ölkələrin enerji təhlükəsizliyinin təminatı üçün əlavə imkanlar yaradacaq" - deyə nazir bildirib.

Uzunluğu 4 min kilometr olan "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsi ilə Orta Asiya və Xəzər qazının Avropaya nəqlini təmin edəcək. Kəmərin istifadəyə verilməsi 2011-ci ildə planlaşdırılır. Layihənin dəyəri isə 5 mlrd. avro həcmində dəyərləndirilir. "Nabukko"nun işlənilməsi ilə Avstriyanın "OMV", Macarıstanın "MOL", Türkiyənin "Botaş", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transgaz" şirkətləri məşğuldur.

Xəbər lenti

Xəbər lenti