...

Nazir: Gürcüstan Azərbaycana elektrik enerjisi verilişinin həcmini artırır

Energetika Materials 5 İyun 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İyunun 15-dən Gürcüstan Azərbaycana elektrik enerjisi ixracının həcmini gündəlik 4 mln. kVt/saata qədər artırmaq niyyətindədir. Bu barədə çərşənbə günü Gürcüstanın energetika naziri Nika Qilauri məlumat verib.

Onun sözlərinə görə, hazırda gündəlik tədarükün həcmi 2 mln. kVt/saat təşkil edir.

Iki ölkənin energetikləri arasındakı razılaşamaya əsasən, Gürcüstan yay mövsümündə Azərbaycanın elektrik enerjisinə olan tələbatını təmin etmək niyyətindədir. Belə ki, Gürcüstanın ümumi ixracı 200 mln. kVt-saat təşkil edəcək.

Gürcü nazir bildirib ki, qış mövsümündə də Gürcüstan Azərbaycandan həmin həcmdə elektrik enerjisi alacaq.

Xəbər lenti

Xəbər lenti