...

Türkiyənin Energetika Nazirliyi: "Xəzərin ehtiyatları dünyada enerji daşıyıcılarına artan tələbatın ödənilməsində vacib rol oynayacaq"

Energetika Materials 6 İyun 2007 14:09 (UTC +04:00)
Türkiyənin Energetika Nazirliyi: "Xəzərin ehtiyatları dünyada enerji daşıyıcılarına artan tələbatın ödənilməsində vacib rol oynayacaq"

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/2030-cu il üçün dünyada enerji daşıyıcılarına olan tələbat 30 faiz təşkil edəcək və tələbatın ödənilməsi üçün bir neçə trilyon dollar lazım gələcək. Bu barədə çərşənbə günü Bakıda "Xəzər neft və qaz-2007" sərgisində çıxış edən Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyi katibliyinin müavini Yusuf Yazar bəyan edib.

Onun sözlərinə görə, Xəzər dəniz hövzəsinin karbohidrogen ehtiyatları bu tələbatın ödənilməsində çox vacib rol oynayacaq.

Yazar qeyd edib ki, Azərbaycan qazının "Şahdəniz" yatağından Türkiyə və Avropanın digər ölkələrinə ixrac olunması üçün hesablanmış Bakı-Tbilisi-Ərzrum qaz kəməri bir neçə həftədən sonra istismara veriləcək.

"Türkiyə Avropaya qaz ixracını inkişaf etdirməyi lazım bilir. Türkiyə-Yunanıstan qaz kəməri İtaliyaya qədər uzadılacaq. Bu işin başa çatdırılması üçün bizə bir neçə ay lazım gələcək" - deyə o bildirib.

Yazarın sözlərinə görə, bu layihələrin reallaşdırılmasında Türkiyə ekologiya və marşrutların təhlükəsizlik məsələlərinə əhəmiyyətli diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti