...

Nazir müavini: "Barmek" Azərbaycan İqtisad Məhkəməsində iddiaya baxılmasını süni surətdə uzadır"

Energetika Materials 12 İyun 2007 20:32 (UTC +04:00)
Nazir müavini: "Barmek" Azərbaycan İqtisad Məhkəməsində iddiaya baxılmasını süni surətdə uzadır"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə İqtisad Məhkəməsindən "Barmek" şirkəinin iddiasına baxılması üçün vaxt təyin olunmasını gözləyir. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, iddia "Barmek" şirkəti ilə "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə"nin idarəetməyə verilməsi haqda müqaviləyə uyğun olaraq verilib. "Təəssüf ki, Azərbaycan məhkəməsində işin gedişi "Barmek" şirkəti tərəfindən süni surətdə uzadılır" - deyə o söyləyib.

Cabbarov hesab edir ki, "Barmek" işə aidiyyatı üzrə baxılmasına imkan verməmək və maksimum uzatmaq üçün Azərbaycanın prosessual qanunverciliyindəki bütün "yol"lardan istifadə edir.

"Bu mövqe İqtisadi İnkişaf Nazirliyində anlaşılmazdır və biz hesab edirik ki, prosesin süni surətdə uzadılmasının yeganə səbəbi qaldırılmış iddianı təsdiq edən ciddi sübutların olmaması ilə bağlıdır" - deyə nazir müavini bildirib.

Məsələn, sübutlar mövcuddur ki, həmin müqavilə əsasında idarəetməyə verilmiş aktivlər təhvil-təslim prosesində qaytarılmayıb. "Buna baxmayaraq, şirkətin vəkillərinin uzatmaq istədikləri prosessual müddətlərin sonu çatıb. Ümid edirik ki, bu müddət bitdikdən sonra məhkəmə işə aidiyyatı üzrə baxacaq" - deyə nazir müavini əlavə edib.

İddiada elektrik şəbəkələrində çatışmayan aktivlərin qiymətləndirilməsi üzrə müəyyən olunmuş 30 mln. manat zərərin ödənilməsi tələb olunur.

Cabbarovun sözlərinə görə, iddianın həcmi hazırkı mərhələdə dəyşilməz olaraq qalır.

"Barmek Azerbaijan" şirkətinin öhdəlikləri iki cürdür: birincisi, 2006-cı ildə "Azərenerji"dən alınmış elektrik enerjisinin ödənilməsi ilə bağlı, hansı ki, heç bir ödəmə olmayıb. İkincisi isə güzəştli şərtərlə enerji verilməsi. Bu enerjinin qaytarılması prosesi isə 2008-ci ildən başlamalı idi.

Müqaviləyə əsasən, "Barmek Azerbaijan" elektrik enerjisinin ödənilməsi səviyyəsini əvvəlcədən 50, 55, 60, 75 və 2007-ci ildə 100 faiz artırmalı idi. Ümumilikdə şirkətin borcu bir neçə milyon dollar civarında hesablanır.

Xəbər lenti

Xəbər lenti