...

Türkiyə Azərbaycanın Şahdəniz yatağından 21 mlrd. kubmetr qaz almağı planlaşdırır

Energetika Materials 10 Avqust 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı ( Trend )Türkiyə Azərbaycanın Şahdəniz yatağından istehsalın ikinci mərhələsində təqribən 21 mlrd. kubmetr təbii qaz almaq istəyini bildirib.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər bildirib ki, Türkiyə həmçinin qazın artıq qalan hissəsini Mərkəzi Asiya və Xəzər qazını avropalı istehlakçılara çatdırmalı olan Nabucco kəməri ilə yenidən ixrac edə bilər. Bu barədə "Reuters"ə istinadən "RBK" xəbər yayıb.

Daha öncə Gülər bildirmişdi ki, Türkiyə Şahdənizdən İtaliyaya gedəcək kəmərdən 15% (ildə 1,74 mlrd. kubmetr) təbii qaz alacaq.

Cari ilin iyul ayının sonunda məlum oldu ki, Şahdəniz yatağından təbii qazı Türkiyədən keçməklə Yunanıstan və İtaliyaya nəql edəcək boru kəmərinin işə salınması kəmərin hazırlanmasının uzanması ilə əlaqədar olaraq 2007-ci ilin avqust ayının 15-dən sentyabrın 15-nə təxirə salınıb. Türkiyə və Yunanıstan arasında qazkəmərinin işə salınması Türkiyəyə tarixində ilk dəfə təbii qaz satışı ilə məşğul olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti