...

Rusiya analitiki Azərbaycanda AES-in tikintisini mümkün hesab edir

Energetika Materials 28 Avqust 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "Alfa Bank"-ın elektroenergetika üzrə baş analitiki Aleksandr Karnilov Azərbaycanda atom elektrik stansiyasının (AES) tikintisini mümkün hesab edir.

"Atom elektrik stansiyasının tikintisi Azərbaycanın iqtisadiyyatnı daha daha da möhkəmləndirə bilər" - deyə Kornilov bildirib.

Cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun verdiyi məlumata görə, Azərbaycanda nüvə rekatronunun tikintisi ilə bağlı razılıq əldə olunub.

Mart ayında Azərbaycan hökumətinə AES-in tikintisi ilə bağlı təkliflər paketi təqdim olunub. Stansiyanın gücü 1500 mVt təşkil edə bilər. AES-in tikintisi məqsədilə Nəvai qəsəbəsində (Bakıya yaxın) ərazi təklif olunub. Bu ərazidə stansiyanın tikintisi hələ keçmiş SSRİ dövründən planlaşdırılıb.

Stansiyanın tikintisinin dəyəri müxtəlif hesablamalara görə 2-3 mlrd. dollar təşkil edə bilər.

Azərbaycanda elektrik enerjisinin istehsalı ilə "Azərenerji" SC məşğul olur. Elektrik enerjisinə olan tələbat qismən idxal hesabına ödənilir. Lakin tələbatın böyük hissəsi "Azərenrji"nin özü tərəftindən ödənilir. Yaxın gələcəkdə ölkədə külək elektrik stansiyasının tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti