...

S&P Azərbaycan iqtisadiyyatının artım tempinin artacağını gözləyir

Maliyyə Materials 28 Yanvar 2019 12:22 (UTC +04:00)

Bakı. Taleh Mursaqulov - Trend:

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,3 faiz artacağını gözləyir.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

S&P Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.

Agentliyin proqnozlarına əsasən, 2020-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) 3 faiz, 2021-ci ildə 3,1 faiz artacaq.

2019-cu ildə Azərbaycanın nominal ÜDM-i 80 milyard manat, 2020-ci ildə 84 milyard manat, 2021-ci ildə 88 milyard manat həcmində proqnozlaşdırılır.

Bundan başqa, S&P adambaşına düşən ÜDM-in artım tempinin sürətlənəcəyini gözləyir. Belə ki, proqnozlara əsasən həmin göstərici 2019-cu ildə 2,3 faiz, 2020-ci ildə 3 faiz, 2021-ci ildə 3,1 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti